Modern.az

Qızıla gəlir mənbəyi kimi baxmırıq - Neft Fondu

Qızıla gəlir mənbəyi kimi baxmırıq - Neft Fondu

Aktual

30 Dekabr 2025, 18:04

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) üçün qızıl qısamüddətli gəlir mənbəyi deyil, ölkənin strateji valyuta ehtiyatlarının qorunmasına xidmət edən aktivdir.

Modern.az xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib.

Bildirilib ki, qızıl emitent və tərəf-müqabili risklərindən nisbətən azad olmaqla, real faiz dərəcələri, valyuta bazarları və geosiyasi qeyri-müəyyənliklər fonunda portfelin dayanıqlılığını artıran aktiv rolunu oynayır.

"Fondun 2026-cı il üzrə təsdiqlənmiş investisiya siyasətinə uyğun olaraq, qızıl altportfeli üzrə hədəf göstərici investisiya portfelinin məcmu dəyərinin 35 %-nə qədər müəyyən edilib. Bu hədəfdən maksimal yuxarı uzaqlaşma intervalı isə 4 % səviyyəsində təsbit olunub. Mövcud göstəricilər göstərir ki, hazırkı qızıl ehtiyatları Fondun müəyyənləşdirdiyi strateji çərçivə daxilindədir. Bu ilin III rübündə qızıl altportfeli ilkin planlamaya uyğun şəkildə formalaşdırılıb və bu mərhələdə nəzərdə tutulan hədəflərə çatdırılıb.

Bu səbəbdən, növbəti dövrlərdə qızıl altportfeli üzrə qərarlar qızıl qiymətlərinin qısamüddətli dəyişkənliyinə reaksiya vermək məqsədi daşımır, əksinə, təsdiqlənmiş strategiya, risk-gəlir balansı və portfelin ümumi strukturu nəzərə alınmaqla yenidən qiymətləndirilə bilər", - deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ