Modern.az

Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə qatarların qrafiki - AÇIQLANDI

Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə qatarların qrafiki - AÇIQLANDI

Aktual

7 Yanvar 2026, 19:46

12 yanvar 2026-cı il tarixindən fəaliyyətə başlayacaq Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

 

Bildirilib ki, qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcəklər. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

 

Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə-Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ-Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya gələ bilərlər.

 

Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4.30 AZN, Ləki-Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir.

 

Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər.

 

Qeyd edək ki, biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır