Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Modern.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Əliyev Cavidan Güləli oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış "UAZ" markalı avtomobilə çırpılaraq aşıb.
Hadisə nəticəsində C. Əliyev ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.