Modern.az

İran vətəndaşından marixuana alan şəxs saxlanıldı

İran vətəndaşından marixuana alan şəxs saxlanıldı

Aktual

8 Yanvar 2026, 10:44

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.

Modern.az-ın məlumatına görə, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb. Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır