Modern.az

Maştağa-Zabrat yolunda niyə tez-tez qəza olur? - VİDEO

Maştağa-Zabrat yolunda niyə tez-tez qəza olur? - VİDEO

Aktual

8 Yanvar 2026, 11:47

Paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolunda ötən gün günorta saatlarında qeydə alınan qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığının yaranmasına səbəb olub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. 

Bildirilib ki, eyni yolda bu ayın 3-də minik avtomobilnin idarəetməni itirib yol kənarına aşması və 6-da baş verən digər qəza səbəbindən yolda ləngimə yaranıb:

“DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin apardığı təhlillərə əsasən, sözügedən yolda son dövrlərdə, o cümlədən bu il artıq bir neçə dəfə qeydə alınan yol-nəqliyyat hadisələrinin əsas səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməmələri, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamaları ilə bağlıdır”.

Sözügedən qəzaların görüntülərini təqdim edirik:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır