Babək rayonunun Sirab kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə mühüm infrastruktur işləri həyata keçirilir.
Modern.az xəbər verir ki, görülən işlər çərçivəsində diametri 225 millimetr olan yeni içməli su xəttinin çəkilişinə başlanılıb. Xəttin ümumi uzunluğu 5500 metr təşkil edir ki, bunun da 3000 metri yeni çəkilir. Hazırda 2500 metr məsafədə boruların qaynaq işləri uğurla tamamlanıb və işlər mövcud qrafik üzrə davam etdirilir.
Layihə çərçivəsində işlər yekunlaşdıqdan sonra mövcud 2 subartezian quyusundan çəkilən xətlərin mənsəbində quraşdırılan subölüşdürücü qurğu vasitəsilə kəndin içməli su təchizatı yaxşılaşdırılacaq.
