Modern.az

Arzu və Alena Əliyevalar Sosial Reabilitasiya Müəssisəsində - FOTOLAR

Arzu və Alena Əliyevalar Sosial Reabilitasiya Müəssisəsində - FOTOLAR

Aktual

10 Yanvar 2026, 11:40

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdud şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsini ziyarət ediblər.

Modern.az xəbər verir ki, əvvəlcə qonaqlar uşaqların iştirakı ilə təşkil olunan kiçik bədii-musiqili çıxışları izləyiblər. Sonra şöbənin fəaliyyəti ilə yaxından tanış olub, həkim, psixoloq, fəza oriyentasiyası otaqlarına baxış keçiriblər.

Ziyarət zamanı, həmçinin uşaqlar hazırladıqları əl işlərindən ibarət hədiyyələri Arzu Əliyeva və Alena Əliyevaya təqdim ediblər.

Sonda birlikdə xatirə şəkli çəkdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır