Almaniyanın Xarici İşlər Nazirliyi Azərbaycandan Ermənistana neftin ikinci partiyasının tədarükü ilə bağlı bəyanatla çıxış edib.
Modern.az-ın məlumatına görə, bəyanatda deyilir:
"Dünən Azərbaycandan Ermənistana növbəti neft partiyası yola salınıb. Bu, son bir ay ərzində həyata keçirilən ikinci tədarükdür. Regionda ticarət münasibətlərinin normallaşması istiqamətində atılan mühüm addımların şahidi olmaq sevindiricidir".