Modern.az

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim etdi

Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim etdi

Aktual

13 Yanvar 2026, 16:47

Mobil operator avtomobil sahibləri üçün nəzərdə tutulmuş “SMSRadar” xidmətində “Premium” abunəliyi istifadəyə verib. Yeni abunəlik sürücülərə avtomobillə bağlı daha detallı məlumatlara vahid platforma üzərindən sürətli və rahat çıxış imkanı yaradır.

“SMSRadar Premium” çərçivəsində istifadəçilər avtomobilin qeydiyyat və sığorta məlumatlarını izləyə, cərimələrə və sürücülük vəsiqəsi ilə bağlı mövcud məhdudiyyətlərə nəzarət edə bilirlər. Bununla yanaşı, xidmət çərçivəsində pulsuz sınaq imtahanlarına və “Sual-Cavab” bölməsinə giriş də təmin olunur.

Xidmətə qoşulmaq üçün abunəçilər “P” yazıb 5666 qısa nömrəsinə göndərə bilərlər. Premium abunəliyin aylıq xidmət haqqı 1 AZN təşkil edir.

“SMSRadar” tətbiqi “Google Play Store” və “Apple App Store” mağazalarında əlçatandır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır