Modern.az

Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - FOTO

Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - FOTO

Aktual

13 Yanvar 2026, 17:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini general-mayor Aqşin Kazımov vəzifəsindən azad olunub.

Modern.az xəbər verir ki, general Kazımov son yaş həddi (60 yaş) ilə əlaqədar təqaüdə göndərilib.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Qeyd edək ki, Aqşin Kazımov 2024-cü ilin dekabr ayında Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilmişdi.(Mənbə “Qaynarinfo”)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır