Modern.az

İşsizlərin nəzərinə!

İşsizlərin nəzərinə!

Aktual

13 Yanvar 2026, 23:55

"30 mindən çox işsiz şəxsin Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunması nəzərdə tutulur".

 

Modern.az xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev AzTV-də yayımlanan "Hədəf" proqramında sualları cavablandırarkən deyib.

 

Nazir vurğulayıb ki, 2017-ci ildən etibarən 100 mindən çox işsiz şəxs Özünəməşğulluğun təşkili Proqramına cəlb olunub:

 

"Birinci Məşğulluğa Dəstək Proqramının icrası başa çatmaq üzrədir. Bu proqram çərçivəsində 26.7 min şəxs aktiv məşğulluq tədbirlərinə, yəni Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunub. İkinci proqram isə 2025-2029-cu illəri əhatə edəcək. Proqram çərçivəsində 30 mindən çox işsiz şəxsin Özünəməşğulluğun Təşkili Proqramına cəlb olunması nəzərdə tutulur".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır