Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü tamam olur.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi paylaşım edib.
"X" üzərindən edilən paylaşımda deyilir:
“Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümü münasibəti qutlu olsun. "Bir millət, iki dövlət” anlayışı üzərində formalaşan qardaşlığımızın əbədi və sarsılmaz olmasını arzulayırıq".
İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci il tarixində qurulmuşdur. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir.