Modern.az

Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib - ADLAR

Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib - ADLAR

Aktual

14 Yanvar 2026, 16:24

Azərbaycan 4 məhkumu Ermənistana təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Gevorq Sujyan, David Davtyan, Vigen Euljekjyan və Vaqif Xaçatryan müvafiq Azərbaycan hakimiyyət orqanlarının nümayəndələri tərəfindən Həkəri körpüsü vasitəsilə Ermənistan rəsmilərinə təhvil verilib və hazırda Ermənistandadırlar.

Əlavə məlumat daha sonra veriləcək.

Xatırladaq ki, Vaqif Xaçaturyan Birinci Qarabağ Müharibəsi zamanı Meşəli kəndində törədilən soyqırımında iştirak etməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç casusluğa görə təqsirli bilinərək hər biri 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.  

Livan ermənisi Vigen Euljekyan isə 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Şuşada saxlanılmışdı. O, Azərbaycan ərazisinə qanunsuz daxil olmuş və ölkəmizin qanunvericiliyini pozan digər hərəkətlərə yol vermişdi. Vigen Euljekyan Azərbaycana qarşı müharibədə Ermənistan tərəfindən iştirak etmişdi.

Viqen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır