Modern.az

Fransa qırıcılarını İrana yaxın yerləşdirir

Fransa qırıcılarını İrana yaxın yerləşdirir

Dünya

4 Mart 2026, 11:40

Fransa Birləşmiş Ərəb Əmirliklərinə "Rafale" qırıcı təyyarələrini yerləşdirib.

Modern.az xəbər verir ki, bu barədə xarici işlər naziri Jan-Noel Barrot bildirib.

"Onlar (BƏƏ-red) bizim bazalarımız üzərində hava məkanı təhlükəsizliyi əməliyyatları həyata keçiriblər",- deyə nazir qeyd edib.

Barrot təyyarələrin hansı missiyaları yerinə yetirdiyi və ya bazaları təhdid edə biləcək hər hansı dron və ya raketin vurulmasında iştirak edib-etmədiyi barədə ətraflı məlumat verməyib.

Fransa ABŞ-İsrail hücumunu tənqid edib və əməliyyatlarla bağlı prezident Emmanuel Makronun mövqeyini açıqlayıb. Nazirin sözlərinə görə, prezident Makron əməliyyatların beynəlxalq hüquqa zidd şəkildə həyata keçirildiyini düşünür.

 

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada