Modern.az

Paşinyan erməni yalanını təsdiqlədi: onlar sağlamdırlar

Paşinyan erməni yalanını təsdiqlədi: onlar sağlamdırlar

Aktual

14 Yanvar 2026, 17:04

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılaşma əsasında Azərbaycanda müxtəlif maddələrlə məhkum olunmuş 4 erməni Ermənistana təhvil verilib.

Modern.az-ın məlumatına görə, bunlar Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamdan gedir. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkədə cəza çəkirdilər.

Erməni məhkumlar Həkəri körpüsü vasitəsilə Ermənistan Respublikasının səlahiyyətli qurumlarına təhvil verilib. Azərbaycan tərəfi bu prosesi humanizm prinsipləri ilə əsaslandırıb və bunu Bakı ilə İrəvan arasında sülh prosesinin praktik nəticəsi kimi təqdim edir.

Ermənistanın baş naziri Nikol Paşinyan məsələ ilə bağlı açıqlamasında bildirib ki, ilkin tibbi müayinələrə əsasən Gevorq Sujyan, David Davtyan və Vigen Euljekjianın heç bir sağlamlıq problemi yoxdur. Paşinyanın sözlərinə görə, Vaqif Xaçatryanın da sağlamlıq vəziyyəti ilkin olaraq qənaətbəxş kimi qiymətləndirilir.

Qeyd edək ki, Ermənistan mətbuatı mütəmadi olaraq Vigen Euljekjian və Vaqif Xaçatryanın səhhətinin pis olduğunu, onların bu gün-sabah Azərbaycan həbsxanalarında ölə biləcəklərini yazırdı.
Livan ermənisi olan Vigen Euljekjianın həyat yoldaşı xarici mətbuata açıqlamalarında ərinin ayaqlarının tutulduğunu və yeriyə bilmədiyini iddia edirdi.

Paşinyan bugünkü açıqlaması ilə dedyilənlərin yalan olduğunu təsdiqlədi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır