Modern.az

İran 3 yerə parçalanacaq

İran 3 yerə parçalanacaq

Aktual

15 Yanvar 2026, 13:30

Kərkükdən olan araşdırmaçı jurnalist, yazar və Kərkük Mədəniyyət Dərnəyinin sədri Dr. Şəmsəddin Küzəci, MediaTürk TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramında jurnalist Serdar Şengülün suallarını cavablandırıb.

Modern.az xəbər verir ki, proqramda İranda son dövrlər baş verən hadisələrlə bağlı diqqətçəkən açıqlamalar verən Küzəci, ölkədə gedən prosesin təxminən iki ay ərzində son mərhələyə çatacağını irəli sürüb.

Dr. Küzəciyə görə, İran’da yaşanan ictimai və siyasi hərəkətlilik artıq müvəqqəti etirazlar çərçivəsini çoxdan aşıb. Mövcud idarəetmə modelinin davamlı olmadığını vurğulayan Küzəci, İran’ın yaxın gələcəkdə federal dövlət quruluşuna məcbur ediləcəyini, bu prosesin isə təkcə daxili amillərlə deyil, eyni zamanda qlobal güclərin yönləndirməsi ilə formalaşdığını bildirib.

“İran Ən Azı Üç Bölgə“İran Ən Azı Üç Bölgəyə Parçalanacaq” yə Parçalanacaq”

Proqramda ən çox diqqət çəkən mövzulardan biri İran’ın ərazi bütövlüyü ilə bağlı səsləndirilən proqnozlar olub. Dr. Şəmsəddin Küzəci, İran’ın ən azı üç ayrı bölgəyə ayrılacağını və bu bölgələrin zamanla müstəqil və ya yarı-müstəqil siyasi strukturlara çevriləcəyini iddia edib. Küzəci bu parçalanmanın etnik, məzhəbi və sosial fay xətləri üzərindən inkişaf etdiyini xüsusi qeyd edib.

“Bu gün İran’da baş verənlər yalnız iqtisadi böhran və ya hökumət əleyhinə etirazlar deyil”, – deyə bildirən Küzəci, prosesin daha dərin geosiyasi transformasiyanın tərkib hissəsi olduğunu vurğulayıb.

“Qlobal Güclər İran’ın Parçalanmasını İstəyir”

Dr. Küzəci, qlobal aktorların İran’ı mövcud mərkəzləşdirilmiş quruluşu ilə regional təhlükə kimi gördüyünü bildirərək, İran’ın parçalanmasının regional balansları köklü şəkildə dəyişdirəcəyini söyləyib. Bu prosesin Yaxın Şərq, Cənubi Qafqaz və Orta Asiya da daxil olmaqla geniş bir coğrafiyaya təsir edəcəyini qeyd edən Küzəci, xüsusilə enerji marşrutları, təhlükəsizlik strategiyaları və etnik faktorların bu planların mərkəzində yer aldığını deyib.

Küzəciyə görə, İran’da formalaşması mümkün olan federal və ya parçalanmış quruluş təkcə İran xalqını deyil, eyni zamanda Azərbaycan türklərini, kürdləri, ərəbləri və digər etnik icmaları da birbaşa maraqlandırır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır