Modern.az

"mygov"un adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ!

"mygov"un adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ!

Aktual

15 Yanvar 2026, 15:28

Son günlər sosial şəbəkələrdə "mygov" platformasının adından "2026-cı il üzrə 1 500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi" ilə bağlı elanlar yayılıb.

Bildiririk ki, bu məlumatlar saxtadır və həqiqəti əks etdirmir. Sözügedən paylaşımların "mygov" platforması ilə heç bir əlaqəsi yoxdur.

Qeyd olunan paylaşımlar dələduzluq məqsədi daşıyır, vətəndaşları çaşdırmağa, onları saxta keçidlər vasitəsilə fərdi məlumatlarını paylaşmağa təşviq edir.

Vətəndaşları ayıq-sayıq olmağa, saxta məlumatlara, şübhəli paylaşımlara və naməlum linklərə aldanmamağa, etibarlı məlumatlar üçün yalnız "mygov"un rəsmi kanallarını izləməyə çağırırıq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!