Modern.az

Bakıda oğurluq edən qardaşlar saxlanıldı - VİDEO

Bakıda oğurluq edən qardaşlar saxlanıldı - VİDEO

Aktual

19 Yanvar 2026, 15:08

Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib. 

Modern.az xəbər verir ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır