Modern.az

İlham Əliyev Qebreyesus ilə görüşdü

İlham Əliyev Qebreyesus ilə görüşdü

19 Yanvar 2026, 20:51

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.

 

Modern.az xəbər verir ki, söhbət zamanı dövlət başçısı ilə Tedros Adhanom Qebreyesusun əvvəlki görüşləri məmnunluqla xatırlanıb.

 

Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb, ölkənin təşkilatın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi layihələrə dəstəyi qeyd edilib. Bu xüsusda, COVID-19 pandemiyası zamanı Azərbaycanın bir sıra ölkələrə könüllü maliyyə yardımı göstərməsi xüsusi olaraq vurğulanıb.

 

Görüşdə Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama