Modern.az

Rəsmilər Şəhidlər xiyabanında - FOTOLAR

Rəsmilər Şəhidlər xiyabanında - FOTOLAR

Ölkə

20 Yanvar 2026, 10:00

Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Modern.az verir ki, Əli Əsədov və Sahibə Qafarova faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.

Eyni zamanda ziyarət mərasimində Milli Məclisin rəhbərliyi və deputatlar da iştirak edib. Şəhidlər xiyabanına gələnlər arasında Milli Məclisin birinci vitse-spikeri Əli Əhmədov, vitse-spikerlər Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov yer alıblar.
Həmçinin parlamentin komitə sədrləri, deputatlar və Milli Məclis Aparatının əməkdaşları da xiyabanı ziyarət edərək 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

Ziyarətçilər arasına xarici işlər naziri Ceyhun Bayramov, təhiyyə naziri Teymur Musayev və digər rəsmilər iştirak edirlər:

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır