“20 Yanvar – Ümumxalq Hüzn Günü” ilə əlaqədar Samux rayon ictimaiyyəti Samux Şəhidləri Kompleksini ziyarət edib.
Modern.az xəbər verir ki, anım mərasimində Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, icra hakimiyyətinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin yerli sakinlər iştirak ediblər.
Mərasim iştirakçıları Vətənin azadlığı və ölkəmizin müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərək kompleksin önünə tər qərənfillər qoyublar.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı 20 Yanvar faciəsini xalqımızın qəhrəmanlıq səlnaməsi və milli qürur günü kimi səciyyələndirərək şəhid ailələrinə ehtiramını ifadə edib, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən və ölkəmizin suverenliyinin bərpasından söz açıb.
Saat 12:00-da Samux rayonunda da 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.