Modern.az

Ukrayna səfiri İlham Əliyevə minnətdarlıq etdi

Ukrayna səfiri İlham Əliyevə minnətdarlıq etdi

Aktual

20 Yanvar 2026, 16:45

"Kiyev Azərbaycanın göstərdiyi yardımı yüksək qiymətləndirir".

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev bildirib.

“Enerji infrastrukturuna endirilən zərbələrdən sonra, xüsusilə qış dövründə bizim üçün böyük əhəmiyyət daşıyan növbəti humanitar yardım paketini qəbul edirik”,-deyə o, jurnalistlərə açıqlamasında qeyd edib.

Yuri Qusev Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü ifadə edərək vurğulayıb ki, göstərilən dəstək heç vaxt unudulmayacaq.

Qeyd edək ki, bu gün tərkibində elektrotexniki avadanlıqlar olan növbəti yük partiyası Ukraynaya göndərilib.

Humanitar yükün tərkibinə ümumilikdə 12 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27 min metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon dollardır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon dolları keçib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır