Modern.az

İki küçənin kəsişməsi işıqforla nizamlanacaq

İki küçənin kəsişməsi işıqforla nizamlanacaq

Aktual

21 Yanvar 2026, 10:42

Bakının Yasamal rayonunda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində hərəkət etmək istəyən nəqliyyat vasitələri hazırda Tbilisi prospektində yerləşən geriyədönmə sahəsindən istifadə edir.

Bu barədə Modern.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, Ə.Salamzadə küçəsindən sağa döndükdən sonra qısa məsafədə sol zolağa keçərək geriyədönmə edən nəqliyyat vasitələri hərəkət axınının sürətini əhəmiyyətli dərəcədə azaldır və həmin hissədə ciddi sıxlıqa səbəb olur.

Mövcud problemin aradan qaldırılması məqsədilə ərazidəki arakəsmə ləğv edilərək Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospekti istiqamətində birbaşa çıxış təmin ediləcək. Bununla da geriyədönmə manevrlərinə ehtiyac aradan qalxacaq və hərəkətin axıcılığı yüksələcək.

Layihə çərçivəsində Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsi işıqforla nizamlanacaq.

Eyni zamanda, piyadaların rahat hərəkəti üçün təhlükəsiz keçid imkanları təmin ediləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır