Modern.az

Ukrayna danışıqlarında bir məsələ qalır - Uitkof

Ukrayna danışıqlarında bir məsələ qalır - Uitkof

Aktual

22 Yanvar 2026, 12:59

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof Davos Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilən "Ukrayna səhər yeməyi" tədbirində sülh danışıqlarının gedişatını şərh edib.

Modern.az xəbər verir ki, Uitkofun sözlərinə görə, Ukrayna danışıqlarında bir məsələ hələ də həll olunmayıb.

"Düşünürəm ki, bir sualımız qalıb", - Uitkof bunun nə olduğunu dəqiqləşdirmədən deyib.

Xüsusi elçi nikbinliyini qeyd edib və buna görə də Davosdan Moskvaya gedəcəyini söyləyib.

Uitkof həmçinin Davosda Ukrayna nümayəndələri ilə Ukraynanın gələcək iqtisadi perspektivlərini, o cümlədən Donald Trampın ölkəni rüsumsuz ticarət zonasına çevirmək ideyasını müzakirə edib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da danışıqlardan sonra iqtisadi inkişaf və müharibədən sonrakı bərpanın əsas müzakirə mövzuları arasında olduğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır