Modern.az

Mədəniyyət Nazirliyi bu aktyora 657 min manat ödəyəcək

Mədəniyyət Nazirliyi bu aktyora 657 min manat ödəyəcək

Mədəniyyət

22 Yanvar 2026, 13:07

Azərbaycanda “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filmin istehsalına başlanılıb.

Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) bununla bağlı “Aydəmir Entertainment” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

Müqavilədə “Çar skiflər: Aşquz dövləti” adlı tammetrajlı bədii-sənədli filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 657 000 manat müəyyənləşib. 

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən “Aydəmir Entertainment” şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur. (İqtisadiyyat.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi