“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadənin səhhətində ciddi problem yaranıb.
Modern.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Bildirilib ki, K.Ağazadə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Aparılan müayinələr nəticəsində ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.
Hazırda xəstəxana şəraitində müalicəsi davam etdirilir.
Həkimlər birlik sədrinin səhhətini nəzarət altında saxlayırlar.