Modern.az

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib - TƏSDİQLƏDİ

Mehriban Ələkbərzadə vəzifəsindən azad edilib - TƏSDİQLƏDİ

Aktual

27 Yanvar 2026, 16:16

Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarlar qəbul edilib. Belə ki, “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, dövlət teatrlarının əsasnamələri, struktur və ştat cədvəlləri yenidən işlənərək təsdiqlənib. 
Nəticədə dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər vəzifələr ləğv edilib. eatrların yeni strukturunda Strategiya və komunikasiya, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri formalaşdırılıb.

Beləliklə, dövlət teatrlarında bədii rəhbər, baş rejissor işləyən xeyli tanınmış mədəniyyət və incəsənət xadimi avtomatik olaraq vəzifəsini itirib.

Modern.az-ın məlumatına görə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə də vəzifəsini itirən incəsənət xadimləri sırasındadır.

Müxbirimiz bununla bağlı Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə ilə əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında xəbəri təsdiqləyib və bu məsələnin uzun müddətdir müzakirə edildiyini bildirib:

“Söhbət konkret olaraq hansısa teatrın, o cümlədən Akademik Milli Dram Teatrının deyil, Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən yeni konsepsiya və islahat qərarından gedir.

Uzun zaman ərzində bu konsepsiya ətrafında müzakirələr və fikir mübadilələri aparılıb. Söhbət yalnız baş rejissor institutundan yox, eyni zamanda bədii rəhbərlər, baş rəssamlar və ümumilikdə rəhbər vəzifələrin optimallaşdırılması, kadr islahatları ideyasından gedir. Bu, nazirliyin qarşısına qoyduğu genişmiqyaslı strategiyanın tərkib hissəsidir”.

M.Ələkbərzadə qeyd edib ki, aparılan müzakirələrdən sonra müvafiq qərar qəbul edilib və hazırda bu konsepsiyanın icrasına başlanılıb:

 “Artıq qərar verildiyi üçün məsələyə münasibət də bu kontekstdə dəyərləndirilməlidi”.

Əməkdar incəsənət xadimi ixtisarlarla bağlı onlara bildirişin daxil olub-olmadığı sualına belə cavab verib:

"Bu cür qərarlar adətən rəsmi bildiriş formasında təqdim edilmir. Proses açıq müzakirələr, fikir ayrılıqları və mübahisələr şəraitində aparılıb və bu, normal bir praktika kimi qiymətləndirilməlidir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır