Modern.az

BMU əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu

BMU əməkdaşının məqaləsi beynəlxalq elmi jurnalda dərc olundu

Aktual

27 Yanvar 2026, 16:35

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, dosent Şəhriyar Muxtarovun həmmüəllifi olduğu elmi məqalə Q1 kateqoriyalı, yüksək impakt faktorlu jurnalda dərc olunub.

Bu barədə Modern.az-a BMU-dan məlumat verilib.

“A Comprehensive Examination of the Impact of Income and Subtypes of Energy and Waste-Related Patents on Waste Sector Emissions in the USA through Marginal Impact Analysis” adlı məqalənin nəşr olunduğu Renewable Energy adlı jurnal Scopus elmi bazasında indekslənib. Bu tədqiqat ABŞ tullantı sektorunda emissiyalara gəlirin, müxtəlif enerji və tullantılarla bağlı patent növlərinin təsirini marjinal təsir analizi əsasında apaşdırır. Tədqiqatın nəticələri ekoloji siyasət, enerji və innovasiya sahələrində elmi və praktiki əhəmiyyətə malikdir.

Məqalə ilə aşağıdakı link vasitəsilə ətraflı tanış olmaq mümkündür: //www.scopus.com/pages/publications/105025057012?origin=resultslist

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır