Modern.az

Balakəndəki kanat yolu niyə işə salınmır? - VİDEO

Balakəndəki kanat yolu niyə işə salınmır? - VİDEO

Aktual

28 Yanvar 2026, 03:29

Balakən rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən  kanat yolu uzun illərdir fəaliyyət göstərmir. 2008-ci ildə istifadəyə verilən və təxminən 10 il xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən işləmir.

Modern.az xəbər verir ki, uzunluğu 1200 metr olan, 6 kabinədən ibarət bu sistem Avstriya istehsalı olan avadanlıqlarla təchiz edilib və saatda 216 nəfərə xidmət göstərə bilirdi. Lakin artıq 8 ilə yaxındır ki, Balakənin simvollarından sayılan bu turizm obyekti istifadəsiz vəziyyətdə qalıb. Kanat yolunun işləməməsi həm yerli sakinləri, həm də rayona gələn turistləri narahat edir.

Bəs kanat yolunun istifadəsi nə vaxta planlaşdırılır?

Daha ətraflı aşağıdakı videomaterialda:

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!