Modern.az

ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

ABB-dən yüksək gəlirli əmanət kampaniyası!

Aktual

28 Yanvar 2026, 09:32

Müştərilərə sərfəli fürsətlər yaradan ABB yeni əmanət kampaniyasına start verib. “Qış təklifi” kampaniyası çərçivəsində müştərilər manatla vəsaitlərini “Klassik” əmanət və DigiDeposit üzrə ABB-də yerləşdirib illik 11%-dək qazanc əldə edə bilərlər.

Əmanətləri 6, 12, 18 və 24 ay müddətinə yerləşdirmək olar.

“DigiDeposit” hesabını ABB mobile tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə açmaq mümkündür. Bu, filiala getmədən Bankda rahat və sürətli şəkildə əmanət yerləşdirməyə imkan verir. “Klassik” əmanət isə ABB filiallarında yerləşdirilir.

Kampaniya yalnız yeni rəsmiləşdirilən əmanətlər üçün keçərlidir və avtomatik yenilənən (avtoprolonqasiya olunan) əmanətlər kampaniyada iştirak etmir. Bu fürsət 28.02.2026-cı il tarixinədək davam edəcək.

Kampaniya şərtləri barədə ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi //abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır