Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) əməliyyat keçirib, İrana casusluqda ittiham edilən 6 nəfər həbs edilib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat İstanbulda keçirilib.
Bildirilib ki, Türkiyədə hərbi sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan və bir nəfər iranlı da daxil olmaqla, 6 nəfər “siyasi və ya hərbi casusluq məqsədilə dövlət sirrinin əldə edilməsi” ittihamı ilə tutulublar.