Modern.az

Ozan Budaqov İnterpol vasitəsilə Türkiyədə saxlanıldı

Ozan Budaqov İnterpol vasitəsilə Türkiyədə saxlanıldı

Aktual

29 Yanvar 2026, 10:30

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Türkiyədə yeri müəyyən olunub.

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oğurluq maddəsi ilə başlanmış cinayət işi üzrə Qazax RPŞ tərəfindən axtarışda olan Budaqov Ozan Çingiz oğlu İnterpol kanalları vasitəsilə saxlanılıb.

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür", məlumatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır