Modern.az

Şəhid atası olan vəzifəli şəxs vəfat etdi

Şəhid atası olan vəzifəli şəxs vəfat etdi

Aktual

29 Yanvar 2026, 12:00

Ağstafa rayon Ağsaqqalar Şurasının sədiri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Aşıqlar birliyinin üzvü, ustad aşıq Hüseyn Əzizoğlu dünyasını dəyişib.

Modern.az xəbər verir ki, H.Əzizoğlu uzun sürən xəstəlikdən sonra 78 yaşında yaşadığı evdə dünyasını dəyişib. Mərhum sabah doğulduğu kəndə dəfn olunacaq.

Qeyd edək ki, Hüseyn Əziz oğlu Hüseynov 1947-ci ildə Ağstafa rayonunun Göycəli kəndində anadan olub. 3 oğul və 1 qız atası olan H.Əzizoğlunun oğlu Şahlar Hüseynov 1994-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır