Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işləri aparılacaq.
Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, sözügedən işlər Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ və Pirallahı rayonlarını əhatə edəcək.
Paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinə 65 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb. (Mənbə: iqtisadiyyat.az)