Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Bakıdakı nümayəndəsi səfir Ufuk Turqanər bildirib ki, Türkiyə–ŞKTC–Azərbaycan arasında mövcud olan münasibətlər ortaq tarix, dil və mədəniyyət zəminində hər keçən gün daha da güclənir.
Modern.az xəbər verir ki, səfir Turqanər bu fikirləri Yunus Əmrə İnstitutunun Bakıda təşkil etdiyi Ənənəvi Anadolu Səhər Yeməyi tədbirində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Türkiyə və Azərbaycanın ŞKTC-yə verdiyi siyasi və mənəvi dəstək ŞKTC üçün son dərəcə dəyərlidir və bu dəstək Türk dünyasında həmrəyliyin açıq göstəricisidir.
Tədbirdə çıxış edən Bakı Yunus Əmrə İnstitutunun koordinatoru Gökhan Seyhan isə Türkiyə ilə Azərbaycan arasında mədəni qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Seyhan, iki qardaş ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Serdar Şengül