Modern.az

"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM

"Qarabağ" və "Neftçi"dən Rəsulzadə ilə bağlı PAYLAŞIM

Aktual

31 Yanvar 2026, 17:55

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

Modern.az xəbər verir ki, "Qarabağ" Futbol Klubu özünün Facebook səhifəsində Rəsulzadəninin doğum günü münasibətilə paylaşım edib.

Paylaşımda deyilir: 

"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"

"Neftçi" klubunun da Facebook hesabında anoloji paylaşım edilib:

"Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür. Hörmətlə anırıq!"

Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır