Qax rayonunun Güllük kəndi ərazisində Elmar Mənsumov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 78 yaşlı Abdurahman Əliyevi vurub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.