Qanunvericilik əsasında texnoparkda 165 rezident qəbulu həyata keçirilib.
Modern.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2025-ci ilin yekunlarına dair Mətbuat Konfransında Agentliyin İdarə heyətinin sədri Fərid Osmanov deyib.
O bildirib ki, ötən il ərzində texnopark üzrə ümumilikdə 47 şirkətə qeydiyyat məqsədilə şəhadətnamə təqdim edilib. Həmin şirkətlərdən 40-dan çoxu yerli, 4-ü isə xarici şirkətlərin payına düşür.