Modern.az

Binəqədidə işıq kəsiləcək

Binəqədidə işıq kəsiləcək

Aktual

2 Fevral 2026, 11:08

Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır