Modern.az

Azərbaycana gələn özbək qadın aeroportda həbs edildi

Azərbaycana gələn özbək qadın aeroportda həbs edildi

Aktual

2 Fevral 2026, 13:26

Azərbaycana gələn Özbəkistan vətəndaşı həbs edilib.

Modern.az məlumat verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib.

Özbəkistan vətəndaşı, 1985-ci il təvəllüdlü Şaxlo Uktamovna işləmək üçün Türkiyəyə gedib. O, Türkiyədə iş tapa bilmədiyi üçün Çexiyaya üz tutub. Ancaq Türkiyədən bu ölkəyə birbaşa getmək mümkün olmayıb. Türkiyədə saxta Çexiya pasportu alan özbək qadın Azərbaycana gəlib. Bakı aeroportunda qadının pasportunun saxta olduğu aşkarlanıb və o saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, qadının barəsində həbs qətimkan tədbiri seçilib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Şaxlo Uktamovna yeddi ay müddətinə azadlıqdan məhrum edilib. (Oxu.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır