Modern.az

Apteklərdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı

Apteklərdə yoxlama aparıldı - Nöqsanlar aşkarlandı

Aktual

2 Fevral 2026, 14:06

2026-cı ilin yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

AEM-dən Modern.az-a verilən məlumata görə, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Bildirilib ki, yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib. Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!