Modern.az

Böyükşor gölünə tullantı suları axıdanlara inzibati protokol tərtib edildi

Böyükşor gölünə tullantı suları axıdanlara inzibati protokol tərtib edildi

Aktual

2 Fevral 2026, 16:16

Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından tullantı sularının bir qismi sözügedən gölə axıdılır.

Bu barədə Modern.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə
Dövlət Nəzarəti Xidmətindən bildirilib.

Qeyd edilib ki, tullantı suları əsasən gölün ətrafında məskunlaşan əhalinin məişət tullantı suları, həmçinin həmin ərazidə fəaliyyət göstərən müəssisələrin tullantı suları hesabına formalaşır. Gölün ətrafında ağ köpüyün əmələ gəlməsinə səbəb kimi məişət tullantı sularının tərkibində böyük miqdarda yuyucu vasitələrin olması ehtimal olunur. Lakin dəqiq nəticələr götürülmüş su nümunələri analiz olunduqdan sonra bilinəcəkdir.

Məlumat üçün bildiririk ki, Böyükşor gölünün ətrafında XIX əsrin II yarısından başalyaraq neft sənayesinin sürətli inkişafı nəticəsində bir çox neft quyuları qazılmış və bu gölün çirklənməsinə səbəb olmuşdur. Ətrafdakı yaşayış sahələrinin genişləndirilməsi və burada yaranan tullantı sularının birbaşa gölə axıdılması gölün çirklənmə səviyyəsini artırmışdır. 26 dekabr 2013-cü il tarixli “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən gölün istifadəsi və mühafizəsi sahəsində idarəetmə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilib.

Azərbaycan Respublikasının Prezidentinin 4 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyət dairəsi genişləndikdən sonra Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Böyükşor gölünə tullantı suların axıdılması ilə bağlı 30 fakt üzrə təqsirkar şəxslər barədə inzibati xəta haqqında protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün məcburi göstəriş verilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!