Modern.az

Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür

Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür

Aktual

2 Fevral 2026, 16:54

Ermənistanın Baş naziri Nikol Paşinyan 4 fevralda Əbu-Dabidə keçiriləcək 2026-cı il İnsan Qardaşlığı Zayed Mükafatı mərasimində iştirak edəcək.

Modern.az xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Nazeli Baqdasaryan bildirib.

Baş nazir Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Əbu-Dabidə ikitərəfli görüşün planlaşdırılıb-planlaşdırılmadığı sualına Baqdasaryan belə cavab verib:

"Elan etdiyim kimi, mükafatlandırma mərasimi ilə bağlı məlumatım var və Nikol Paşinyanın iştirak edəcəyini təsdiqləyirəm".

Qeyd edək Azərbaycan Prezidenti İlham Əliyev İnsan Qardaşlığı Zayed Mükafatı mərasimində iştirak etmək üçün artıq Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfər edib.

Sizə yeni x var
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!