Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nın təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026” uğurla keçirilib.
Modern.az xəbər verir ki, ölkənin ali təhsil müəssisələrini təmsil edən Tələbə Gənclər Təşkilatlarının il ərzində həyata keçirdikləri fəaliyyətlər qiymətləndirilib və fərqlənən qurumlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.
Tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının ( GDU TGT) sədri Israfil Abbasov 2025-ci il ərzində ölkə üzrə ictimai və sosial əhəmiyyətli fəaliyyətlərin, o cümlədən könüllülük təşəbbüslərinin təşkili və həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətinə görə “İlin TGT sədri” nominasiyası üzrə təltif olunub.
Eyni zamanda, GDU Tələbə Gənclər Təşkilatının fəal üzvləri Xəlil İsmayılov “İlin TGT nümayəndəsi”, Nuray İsmayılova “İlin Klubu”, Nuray Əkbərova “İlin Tələbəsi” və Azərin Əliyeva “İlin TGT fəalı” nominasiyaları üzrə mükafatlandırılıblar.