Azərbaycanın Ermənistana təhvil verdiyi Vaqif Xaçatryan xəstəxanadan evə buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan erməni mediasına bildirib.
O deyib ki, atasının vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, Xaçatryan 2023-cü ilin avqustunda saxlanılmış və barəsində həbs qərarı verilmişdi. O, bir çox cinayətlərdə, o cümlədən azərbaycanlılara qarşı soyqırımda ittiham edilib.
Bu il 14 yanvarda Azərbaycan Xaçatryan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Euljekyan Vigen Abrahamı Ermənistana təhvil verib.