Modern.az

"Bu vəhşilikdir!" - Qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar

"Bu vəhşilikdir!" - Qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən əminin qonşuları danışdılar

Aktual

2 Fevral 2026, 23:19

Fevralın 1-də Cəlilabadda baş verən dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Modern.az xəbər verir ki, qonşular qardaşı uşaqlarını baltalamaqda şübhəli bilinən əminin hadisəni törətdikdən sonra qaçmağa çalışdığını söyləyiblər.

"Əlini başına qoyaraq yalvarıb ki, əmisi başına vurmasın. O da əllərini kəsib. Bu vəhşilikdir. Qaçanda Beyləqandan tutub gətiriblər", - deyə qonşulardan biri deyib.

Faciəli şəkildə həyatını itirən 15 yaşlı Həqiqət Nağıyeva anasının doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dəfn edilib. (Mənbə:Baku TV)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!