Modern.az

Keçmiş deputatın Bilgəhdəki obyektləri sökülür

Keçmiş deputatın Bilgəhdəki obyektləri sökülür

Aktual

3 Fevral 2026, 20:58

Keçmiş deputat Qalib Salahzadənin Bakının Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

Modern.az xəbər verir ki, faktı Q.Salahzadənin özü təsdiqləyib.

Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

"Obyektlər Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəm" - deyə, Q.Salahzadə bildirib.

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb.

Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir. (Mənbə:Teleqraf.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!