Modern.az

Bakıda güclü külək 37 ağacı sındırıb - FOTOLAR

Bakıda güclü külək 37 ağacı sındırıb - FOTOLAR

Aktual

4 Fevral 2026, 11:56

Axşam saatlarından davam edən güclü külək nəticəsində saat 12.00-a olan məlumata əsasən Bakıda 37 ağac sınıb.

Bu barədə Modern.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd olunub ki, həmçinin 23 ağacın budaqları qırılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sınan ağac və qırılan budaqları görütərərək ərazini təmizləyirlər.

Xatırladaq ki, qeyri-sabit hava şəraiti fevralın 7-dək davam edəcək.

****

10:56

Fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19 ağac sınıb, 15 ağacın budaqları qırılıb.

Bu barədə Modern.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Bildirilib ki, dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar:

"Sınan ağaclar və qırılan budaqlar birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazi təmizlənir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!