Modern.az

Azərbaycanda bu partiya gənclər təşkilatından imtina edib

Azərbaycanda bu partiya gənclər təşkilatından imtina edib

Aktual

4 Fevral 2026, 13:46

Azərbaycanda fəaliyyət göstərən REAL partiyası uzun müddətdir ki, gənclət təşkilatından imtina edib.

Modern.az-a bu barədə açıqlama verən partiya sədri Natiq Cəfərli bu addımın səbəblərini də izah edib.

“Partiyanın gənclər təşkilatı yoxdur. Bu, partiyanın öz qərarıdır. Onsuz da, patiyanın özü daha çox gənclərdən ibarətdir. Ona görə ayrıca gənclər təşkilatı yaratmağa ehtiyac yoxdur. Gənclər təşkilatı hərəkat dövründə vardı, üzvlərin sayı 800 nəfərdən ibarət idi. Gənclərin öz təşəbbüsləri olur, biz də iştirak edirik. Amma qadın və gənclər bölməsi artıq dünyada qəbul olunmur. Partiyanın vahid bir orqanizm kimi layihələr üzərində işləməsinə üstünlük verir. Azərbaycanda da REAL Partiyası olaraq, ilk və yeganə partiyayıq ki, layihələr, yəni mövzular üzrə işləyirik”, - o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!