Modern.az

Həmkarları rüşvət alan hakimə güzəşt etmədi

Həmkarları rüşvət alan hakimə güzəşt etmədi

Aktual

4 Fevral 2026, 13:52

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədov barəsində olan qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib, hökm qüvvədə saxlanılıb.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elsun Əhmədov 5 il müddətə azadlıqdan məhrum edilib, o, məhkəmə zalında həbs olunub.

Gəncə Apellyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Qeyd edək ki, eks-hakim icraatında olan işlərdən birində təqsirləndirilən şəxsin yaxınından külli miqdarda pul almaqda ittiham edilirdi. Onun qanunsuz əməlinin üstü 2024-cü ilin fevralında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açılıb.

E.Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə salonunda qandallanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!